22 aprel 2012 18:54
Qurban Qurbanov: Bu nəticəni gözləmirdim
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 29-cu turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı komandasının 2:4 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Bu gözəl oyuna görə rəqibimizi təbrik edirəm. “Bakı” kimi komanda ilə oynamaq həqiqətən də çox çətindi. Az vaxt ərzində bu qədər qol buraxmağımız oyunçularıma psixoloji cəhətdən çox pis təsir etdi. Səhvlərimiz çox oldu. Bu nəticəni gözləmirdim”.
