22 aprel 2012 18:57
“Çox şadam ki, Qarabağı məğlub edə bildik”
“Bakı”nın məşqçisi Novruz Əzimov Premyer Liqanın 29-cu turunun “Qarabağ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 4:2 hesabı ilə qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Bütün imkanlardan istifadə edib, sona qədər vuruşub, istəyimizə nail olduq. Çox şadam ki, səfərdə “Qarabağ” kimi güclü komandanı məğlub edə bildik. Oyunçularımı təbrik edirəm. Hava şəraiti pis olsa da, qələbə qazandıq. “Qarabağ”a növbəti oyunlarda uğurlar arzulayıram”.
