22 aprel 2012 20:37
Böyükağa Hacıyev: Təəssüf ki, onun kimi hakimlərimiz var
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 29-cu turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 1:2 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Hamınız oyuna baxdınız, hər şey göz qabağında idi. Təəssüf ki, Elçin Məmmədov kimi hakimlərimiz var. O, oyunu çox pis idarə etdi. Oyun haqda heç nə danışmaq istəmirəm. Yunis müəllimi qələbə münasibəti ilə təbrik edirəm”.
