22 aprel 2012 20:41
Yunis Hüseynov: Komandamın oyunundan razı qalmadım
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 29-cu turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun çalışdırıcısı komandasının 1:0 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Neftçi”, demək olar ki, çempiondu. Böyükağa müəllimi təbrik edirəm. Komandamın oyunundan razı qalmadım, ötürmələrdə səhvlər buraxdıq. Avroliqaya qatılmaq yolunda vacib 3 xal əldə etdik. Qələbəyə görə futbolçularıma təşəkkür edirəm”.
