23 aprel 2012 00:05

Qarabağ üçün bitən mübarizə və ya intriqaya davam

Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir tur arxada qaldı. Azerisport.az xəbər verir ki, “Böyük oyun”la yadda qalan turda xüsusilə ilk altılıqda çox ciddi dəyişikliklər baş verdi.
 
“Xəzər Lənkəran” – “Neftçi” oyununun keçirildiyi gündə daha üç qarşılaşma baş tutdu. Bunlardan biri ikinci altılıq çərçivəsində “Kəpəz”lə AZAL arasında keçirildi. Gəncədə keçirilən oyunda ilk qolu meydan sahibləri öz qapılarına vurdular. Belə ki, 55-ci dəqiqədə Sabir Allahquliyev avtoqola imza atdı. 10 dəqiqə sonra isə Tural Nərimanov AZAL-ın ikinci qolunu vurdu – 2:0. Beləcə, “Kəpəz” 7-ci pilləyə yüksəlmək şansını tam itirmiş oldu. Paytaxt klubu isə əksinə mövsümü ikinci altılığın lideri kimi bitirmək üçün önəmli addım atdı. Çünki hazırda “təyyarəçilər” əsas izləyicisi olan “Rəvan”ı 6 xal qabaqlayır ki, bu üstünlüyü qalan 3 turda əldən verənə oxşamır.
 
“Qarabağ” çempionluq yolunda son şansından istifadə etdi. 50 xalı olan və “Neftçi”dən 10 xal geri qalan Ağdam klubu doğma divarlar arasında “Bakı”nı qəbul edirdi. Qurban Qurbanovun komandası şansını qarşıdakı oyunlara saxlamaq üçün bu görüşdə mütləq qələbə qazanmalı idi. Belə ki, “Qarabağ” hətta 1 xal da qazansa, “Xəzər Lənkəran” – “Neftçi” oyununun nəticəsindən aslı olmayaraq çempionluq şansını itirəcəkdi.
 
Amma “Qarabağ” gözlənilən qələbəni qazana bilmədi. Hesabı 14-cü dəqiqədə Denis İvanov açdı. 34-cü dəqiqədə Georgi Adamiya tarazlığı bərpa etdi. 62-ci dəqiqədə Deyvidas Çesnauski, 3 dəqiqə sonra Aleksandar Soliç fərqləndi. Bu azmış kimi 75-ci dəqiqədə Namiq Yusifov öz qapısına qol vurmağın üzüntüsünü yaşadı. Sona bir dəqiqə qalmış “Qarabağ” Muamer Muamerlə fərqi azaltsa da, bundan artığına gücü çatmadı – 2:4. Bununla da Ağdam klubu üçün çempionluq mübarizəsi tam olaraq bitdi. Bu azmış kimi, ağdamlılar hətta ikinci pilləni də əldən vermiş oldular. “Bakı” isə əksinə turnir cədvəlində 1 pillə irəliləməyə nail oldu.
 
“İnter” də çempionluq yolunda son şansından istifadə etdi. Bu oyuna qədər “Neftçi”dən 11 xal geri qalan “bankirlər” xal itirəcəyi halda “Xəzər Lənkəran” – “Neftçi” oyununun nəticəsindən aslı olmayaraq, birincilik şanslarını itirəcəkdi. Bu səbəbdən “İnter”i “Qəbələ” matçında yalnız qələbə qane edirdi. Oyuna “Qəbələ” yaxşı başladı və 8-ci dəqiqədə Dodo hesabı açdı. Məğlubiyyətlə barışmayan “bankirlər” 25-ci dəqiqədə izami Hacıyevin qolu ilə tarazlığı bərpa etdi. 31-ci dəqiqədə isə İbrahima Niasse “İnter”in qələbə qolunu vurdu – 2:1.
 
Beləcə, “Qarabağ”ın “Bakı”ya məğlubiyyətindən maksimum yararlanan “İnter” ikinci pilləyə yüksəldi. Bununla yanaşı “bankirlər” həm də liderlə xal fərqini 8-ə endirdi və qızıl medallara şansını saxladı. Lakin intriqanı saxlayan “İnter”in çempionluğu üçün “Neftçi” qarşıdakı üç matçın hamısında uduzmalı və “bankirlər” bütün qarşılaşmaları qazanmalıdı.
 
Bu tur həm də Premyer Liqamızın bəzəyi olan “Xəzər Lənkəran” – “Neftçi” oyunu baş tutdu. Mövsümün son “Böyük oyun”u Lənkəran şəhər stadionunda keçirildi. Komandalar bu dəfə meydana fərqli hədəflər üçün çıxmışdı. “Neftçi” qələbə qazanıb sona 4 tur qalmış, özü də əzəli rəqibinin meydanında növbəti çempionluğunu bayram etmək istəyirdi. FİFA tərəfindən 6 xalı silinəndən sonra nəinki çempionluq şansını itirən, hətta avrokuboklara getmək şanslarını da minimuma endirən “Xəzər Lənkəran”da isə vəziyyət fərqli idi. Komanda Avropa Liqasına vəsiqə üçün son şanslarından maksimum istifadə etməyə çalışmaqla yanaşı, əzəli rəqiblərini doğma “Fırtınalar meydanı”nda çempion olmağa qoymamalı idi.
 
Baş məşqçilərin heyət seçimində böyük dəyişikliklərə getməyəcəyi gözlənilən idi. Yunis Hüseynov “Bakı” matçında qırmızı vərəqə alan Katalin Doman və zədəli Antonio Semedonun xidmətindən məhrum idi. Əvəzində vərəqə limiti üzündən ötən oyunu buraxan Rahid Əmirquliyev sıraya dönmüşdü. Hüseynovun “Bakı” matçındakı start heyətinə Domanın əvəzində Rahidi əlavə etməklə işini tamamlayacağı gözlənilsə də, baş məşqçi heyətdə daha iki dəyişiklik etdi. Andrey Mureşanla Randall Brenesi ehtiyatda saxlayan baş məşqçi start heyətində Sadio Tounkara və Rikardo Qomeşə şans verdi.
 
“Neftçi”də də bir itki var idi. Kapitan Rail Məlikov zədə üzündən “Böyük oyun”da oynamadı. Böyükağa Hacıyevin “İnter” matçındakı start heyətini meydana buraxacağı gözlənilsə də, Saşa Stamenkoviçi yenidən ehtiyatda saxlayaraq, Rauf Mehdiyevi meydana buraxmışdı.
 
Oyuna gəlincə, matç “Neftçi” üçün yaxşı başlamadı. Belə ki, 10-cu dəqiqədə “Neftçi”nin əsas qol silahı Bahodir Nasimov zədə aldı və az sonra onu Fərid Quliyev əvəzlədi. İlk hissədə hər iki komandanın bir neçə qol imkanı olsa da, yararlana bilmədilər. Gözlənilən qol 52-ci dəqiqədə vuruldu. Ruslan Abışov cərimə meydançası yaxınlığında əllə oynadığı üçün cərimə zərbəsi təyin olundu. Adriant Pitin cərimə zərbəsini Rauf Mehdiyev geri qaytarsa da, Rikardo Qomeş təkrar toxunuşla hesabı açdı. Bundan sonra komandalar qol imkanlarından yararlana bilmədi və oyun 1:0 hesabı ilə yekunlaşdı.
 
Premyer Liqa
29-cu tur
 
XƏZƏR LƏNKƏRAN – NEFTÇİ - 1:0 (0:0)
Qol: R.Qomeş, 52 (1:0).
Vərəqələr: Roberto Alviz, 36 (qeyri-idman hərəkəti), Rahid Əmirquliyev, 54 (qeyri-idman hərəkəti), Elnur Allahverdiyev, 87 (qeyri-idman hərəkəti) - Rəşad Abdullayev, 29 (qeyri-idman hərəkəti), Elvin Yunuszadə, 59 (qeyri-idman hərəkəti), Flavinyo, 73 (simulyasiya) – sarı.
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Yaşar Abbasov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Gülağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 3 dəq.; II hissədə - 3 dəq.
22 aprel 2012. Lənkəran şəhər stadionu. 12000 tamaşaçı
Xəzər Lənkəran: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 6. Roberto Alviz, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 14. Rahid Əmirquliyev (k), 15. Sadio Tounkara (30. Brenes Randall, 87), 16. Adrian Pit, 21. Rodomir Todorov, 81. Rikardo Qomeş (11. Andrey Mureşan, 67).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 10. Elnur Abdullayev, 12. Salif Ballo, 23. Şəhriyar Xəlilov, 33. Stevan Bates.
Baş məşqçi: Yunis Hüseynov.
Neftçi: 1. Rauf Mehdiyev, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavinyo, 14. Bahodir Nasimov (22. Fərid Quliyev, 12), 15. Ruslan Abışov (k), 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov (25. Cavid İmamverdiyev, 67), 27. Rəşad Abdullayev (11. Cavid Hüseynov, 76), 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç,  8. Elşən Abdullayev, 26. Kərim Diniyev, 28. Emin Mehdiyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
 
QARABAĞ – BAKI - 2:4 (1:1)
Qollar: D.İvanov, 14 (0:1), G.Adamiya, 34 (1:1), D.Çesnauski, 65 (1:2), A.Şoliç, 65 (1:3), N.Yusifov, 77-öz qapısına (1:4), M.Muarem, 89 (2:4).
Vərəqələr: Georgi Adamiya, 50 (qeyri-idman hərəkəti), Namiq Yusifov, 73 (qeyri-idman hərəkəti), İlqar Qurbanov, 82 (qeyri-idman hərəkəti), Muarem Muarem, 85 (qeyri-idman hərəkəti), Rəşad Sadiqov, 90+3 (qeyri-idman hərəkəti) - Maris Verpakovski, 67 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Fuad Həsənov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Xəqani Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
22 aprel 2012. Ağdam rayon Quzanlı qəsəbə stadionu. 2000 tamaşaçı.
Qarabağ: 99. Boyan Pavloviç,  2. Qara Qarayev (19. Muarem Muarem, 67), 5. Maksim Medvedev (25. Ansi Aqolli, 60), 6. Rəşad Sadiqov (k), 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 24. Admir Teli, 70. Vaqif Cavadov (7. Namiq Yusifov, 60), 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 9. Bəxtiyar Soltanov, 44. Eltun Yaqublu.
Baş məşqçi: Qurban Qurbanov.
Bakı: 16. Aqil Məmmədov, 3. Denis İvanov, 6. İbrahim Karqbo, 7. Çesnauski Deyvidas, 8. Junior Xavier Vilson, 10. Lukas Mario Horvat (4. Vadim Borets, 76), 11. Elvin Məmmədov (77. Aleksandar Soliç, 64), 15. Cəmşid Məhərrəmov (k), 25. Şəhriyar Əliyev, 36. Uinston Parks, 99. Rəhman Hacıyev (30. Verpakovski Maris, 46).
Ehtiyat oyunçular: 1. Marko Şarliya, 19. Nurlan Novruzov, 22. Tural Qürbətov, 32. Savinov Aleksey.
Məşqçi: Novruz Əzimov.
 
İNTER – QƏBƏLƏ - 2:1 (2:1)
Qollar: Dodo, 8 (0:1), N.Hacıyev, 25 (1:1), İ.Niasse, 31 (2:1).
Vərəqələr: İlia Kandelaki, 57 (qeyri-idman hərəkəti), Arif Daşdəmirov, 79 (qeyri-idman hərəkəti) - Mahir Şükürov, 57 (qeyri-idman hərəkəti); 81 (simulyasiya) – sarı. Mahir Şükürov, 81 (simulyasiya) – qırmızı.
Hakimlər: Elvin Əsgərov, Elman Musayev, Mübariz Haşımov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
22 aprel 2012. Bakı. “Şəfa”stadionu. 1000 tamaşaçı.
İnter: 1.Georgi Lomaya, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev (6. Samir Zərgərov, 64), 11. Asif Məmmədov (28. Baçana Tsxadadze, 90+2), 14. Peter Zlatinov (13. Bronislav Çervenka, 87), 15. Vladimir Levin (k), 18. İlia Kandalaki, 20. Girt Karlson, 21. Arif Daşdəmirov, 22. Peter Xrappan, 25. İbrahima Niasse.
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 2. Xəyal Mustafayev, 24. Fuad Bayramov, 30. Danildo Assioli.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Qəbələ: 30. Qrem Smit, 3. Vurğun Hüseynov, 4. Mahir Şükürov (k), 8. Bruno da Silva, 10. Deon Burton (9. Viktor Mendi, 46), 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 21. Elmar Baxşıyev (22. Murad Hüseynov, 85), 26. Daniel Lopes Kruz (15. Nodar Məmmədov, 88), 77. Dodo.
Ehtiyat oyunçular: 1. Elnar Kərimov, 7. Yaşar Abuzərov, 16. Abdulakader Kamara, 33. Saşa Yunisoğlu.
Baş məşqçi: Fatih Kavlak.
 
KƏPƏZ – AZAL - 0:2 (0:0)
Qollar: S.Allahquliyev, 55-öz qapısına (0:1), Tural Nərimanov, 65 (0:2)
Vərəqələr: Nikolay Svejentsev, 51 (rəqibi əl ilə tutduğuna görə) // Elgün Abbaslı, 90+1 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: Vüsal Əliyev, Coşqun Həsənov, İsgəndər Əliyev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Fazil Mürşüdov
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
22 aprel 2012. Gəncə. Şəhər stadionu. 3000 tamaşaçı.
Kəpəz: 22. Tural Abbaszadə, 5. Əli İsmayılov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İon Arabadji, 27. Pərvin Paşayev (23. Junivan Suares, 69), 12. Mesallah Eslam (10. Ceyhun Sultanov, 56), 8. Armand Feutçin, 11. Sabir Allahquliyev (14. Dmitri Parxaçov, 75), 18. Nikolay Svejentsev, 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 1. Xəyal Zeynalov, 17. Renat Sultanov, 19. Zaur Əsədov, 2. Nail Məmmədov.
Baş məşqçi: Fuad İsmayılov.
AZAL: 1. Amil Ağacanov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 13. Şəhriyar Rəhimov, 16. Branislav Arsenijeviç, 8. Ervin Bulku, 25. Tural Nərimanov, 10. Nuqzar Kvirtiya (7. Tərlan Xəlilov, 81), 11. Zohair Benuahi (9. Elşən Məmmədov, 85), 9. Hüseyn Axundov, 15. Georgi Boqyu  (22. Elgün Abbaslı, 87).
Ehtiyat oyunçular: 85. Həsən Ağacanlı, 2. Robert Petrov, 4. Elvin Cəbrayıllı, 6. Mindauqas Daunoraviçyus.
Baş məşqçi: Vaqif Sadıqov.
 
Xatırladaq ki, turun daha iki qarşılaşması ilk oyun günündə keçirilmişdi: Rəvan – Turan - 2:2, Simurq - Sumqayıt - 2:1.
 
1
Neftçi
29
19
3
7
53 - 26
27
60
2
İnter
29
15
7
7
28 - 20
8
52
3
Qarabağ
29
14
8
7
34 - 22
12
50
4
Xəzər L
29
16
6
7
39 - 26
13
48
5
Bakı
29
14
5
10
40 - 31
9
47
6
Qəbələ
29
13
6
10
37 - 31
6
45
 
1
AZAL
29
11
7
11
43 - 43
0
40
2
Rəvan
29
8
10
11
30 - 35
-5
34
3
Kəpəz
29
8
5
16
32 - 48
-16
29
4
Simurq
29
7
8
14
25 - 40
-15
29
5
Turan
29
6
6
17
24 - 38
-14
24
6
Sumqayıt
29
5
5
19
23 - 48
-25
20
 
Bombardirlər:
16 - Bahodir Nasimov (Neftçi)
10 - Tales Şütz, Zohair Benuahi (hər ikisi AZAL), Yuri Fomenko (Kəpəz), Flavinyo (Neftçi).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.