23 aprel 2012 00:27
UEFA Barselona - Çelsi matçını türk hakimə həvalə etdi
Aprelin 24-də Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək "Barcelona" - "Chelsea" matçı türkiyəli hakimlər briqadasına həvalə olunub. Azerisport.az xəbər verir ki, bu prinspial matçı Türkiyənin FİFA dərəcəli hakimi Cüneyt Çakır idarə edəcək.
Çakıra Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Fırat Aydınus isə dördüncü hakim vəzifəsini yerinə yetirəcək. Bülənt Yıldırım və Hüseyn Göçək də əlavə köməkçi hakim olaraq bu matça təyin edilib.
Qeyd edək ki, Cüneyt Çakır iyun ayında start götürəcək Avropa çempionatında da Türkiyəni təmsil edəcək.
