22 aprel 2012 11:26
Mövsümün son Böyük oyununda Xəzər Lənkəran qələbə qazanacaq
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Premyer Liqanın 29-cu turun “Xəzər Lənkəran” – “Neftçi” matçı necə başa çatacaq” sualı ilə müraciət ünvanladığımız oxucularımızın yekun rəyini təqdim edirik.
Beləliklə, bu dəfəki “Böyük oyun”da “Xəzər Lənkəran”ın qələbə qazanacağını proqnozlaşdıranlar daha çoxdu. Bu varianta üstünlük verən respondentlər 47 faiz (358 səs) təşkil edir.
“Neftçi”nin qələbə qazanacağını düşünənlər isə kiçim fərqlə azlıq təşkil edirlər. Bu varianta 46 faiz (347) səs verib.
Prinsipial qarşılaşmada heç-heçə olacağını proqnozlaşdıranlar da var. Onlar isə cəmi 7 faiz (55) təşkil edirlər.
