22 aprel 2012 12:16
Daha bir futbolçu ölümdən qurtuldu
Ötən həftə B Seriyasında “Livorno”nun futbolçusu Pyermario Morozininin ölümündən sonra İtaliya futbolu daha bir futbolçunun ölümü qorxusunu yaşayıb. Azerisport.az xəbər verir ki, ötən gecə B Seriyasında keçirilən “Nocerina” – “Reggina” matçında ev sahiblərinin oyunçusu Marko Pomante 47-ci dəqiqədə topsuz vəziyyətdə yerə yıxılıb.
Təcili xəstəxanaya aparılan futbolçunun nəfəs almaqda çətinlik çəkdiyi, amma həyati təhlükəsi olmadığı açıqlanıb. Pomantenin stadiondan ambulansla aparılmasından sonra davam etdirilən matç “Reggina”nın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
