23 aprel 2012 13:14
Azərbaycan kuboku: cavab oyunlarının başlama vaxtı bəlli oldu
Futbol üzrə Azərbaycan kubokunun cavab yarımfinal oyunlarının vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, hər iki oyun aprelin 25-də keçiriləcək.
Həmin gün “Qarabağ” – “Bakı” oyunu saat 16:00-da, “Neftçi” – “İnter” qarşılaşması isə 17:20-də start götürəcək. İlk oyun Ağdamda - Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcəksə, paytaxt derbisi İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.
Qeyd edək ki, ilk oyunda “Qarabağ” “Bakı”ya 1:0 hesabıyla qalib gəlib. “İnter” – “Neftçi” görüşündə isə hesab açılmayıb – 0:0.
