23 aprel 2012 13:25
Qəbələ Galatasarayı da məğlub etdi
III Beynəlxalq Kuşadası Turnirində 1/4 finala qədər uğurla irəliləyən "Qəbələ" U-14 bu mərhələdə büdrəyib. Azerisport.az xəbər verir ki, 1/4 finalda “Aydınspor"la qarşılaşan təmsilçimiz məğlubiyyətdən qaça bilməyib.
Komandamızın 2:4 hesabı ilə uduzduğu görüşdə qollara Coşqun Süleymanov və Fərid Nəbiyev imza atıblar.
5-8-ci yerlər uğrunda qarşılaşmada “Galatasaray”la oyun qolsuz bərabərliklə nəticələnsə də, penaltilər seriyasında “Qəbələ” üstün olub - 3:1. Qolları Fərid Nəbiyev, Turan Manafov, Coşqun Süleymanov vurub.
"Qəbələ" bu gün 5-ci yer uğrunda qarşılaşmaya çıxacaq. Bu gün həmçinin dünya yığması ilə Türkiyə millisi arasında oyun baş tutacaq. Birincilərin heyətində “Qəbələ”li futbolçuların meydanaçaya çıxacağı dəqiq olsa da, onların adları hələ ki açıqlanmayıb. Dünya yığmasına rəhbərlik edəcək əfsanəvi Zepp Piontekin köməkçisi “Qəbələ”nin çalışdırıcısı Halim Fıçıcı olacaq. Bakı vaxtı ilə 15:45-də start götürəcək görüş “NTV Spor” kanalı vasitəsilə canlı yayımlanacaq.
