23 aprel 2012 13:53
Nasimov: Hamı bilir ki, bu hakim İnterin başına nə oyun açdı
"Neftçi"nin futbolçusu Bahodir Nasimov Premyer Liqanın 29-cu turunun "Xəzər Lənkəran"la oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, özbək hücumçu klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
"Təəssüf ki, zədələndiyimdən meydanda çox az oldum. Bilmirəm ki, belə vacib oyuna nə üçün Elçin Məmmədov təyin edilir. Bu hakim iki tur əvvəl "Xəzər Lənkəran" - "İnter" oyununda kobud səhvlərə yol vermişdi. Hamı bilir ki, bu hakim "İnter"in "başına nə oyun açdı". "Xəzər Lənkəran"ın xeyrinə idarəçilikdən sonra Elçin Məmmədov daha çox məsuliyyət tələb edən "Xəzər Lənkəran" - "Neftçi" matçına təyin edilir. Yenə də həmin münasibət, yenə də qərəzli qərarlar. Elçin Məmmədovun "səyi" nəticəsində biz nəinki bu oyunda itirdik, növbəti oyunlarımıza da təsir göstərəcək "zərbə" aldıq”.
