23 aprel 2012 14:26
Qarabağ kubok üçün başladı
“Qarabağ” ölkə kubokunun cavab görüşü üçün hazırlıqlara başlayıb. Azerisport.az xəbər verir ki, dünən “Bakı”yla Premyer Liqa çərçivəsində qarşılaşan komanda bu rəqibi ilə 2 gün sonra keçiriləcək yarımfinalın cavab görüşünə hazırlaşır.
Ağdam klubu oyundan sonra Bakıya qayıtmayıb. Quzanlıda məskunlaşacaq komanda ilk görüşdə səfərdə 1:0 məğlub etdiyi “zolaqlılar”la cavab oyununa doğma rayonda hazırlaşır.
Qeyd edək ki, “Qarabağ” – “Bakı” oyunu aprel 25-də keçiriləcək və saat 16:00-da başlayacaq.
