23 aprel 2012 14:35
Rəşad Abdullayev: Xəzər Lənkəranla oyun heç-heçə bitməli idi
“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev azerisport.az saytına müsahibəsində Premyer Liqanın 29-cu turu çərçivəsində qarşılaşdıqları “Xəzər Lənkəran”la oyundan (0:1) danışıb, çempionluq gözləntilərini dilə gətirib.
- Lənkərandakı oyun barədə nə deyə bilərsiz?
- Bu oyun bizim üçün çempionluq görüşü ola bilərdi. Ardıcıl ikinci çempionluğumuzu məhz Lənkəranda rəsmiləşdirmək istəyirdik. Qələbə qazanacağımız halda ikiqat sevinc yaşamış olacaqdıq.

- Sizcə, oyuna görə komandanız buna layiq idi?
- Bütövlükdə, bərabər səviyyəli oyun getdi. Hər iki komanda qələbə qazana bilərdi. Heç nədən qol buraxdıq. Oyunun gedişinə görə bu, baş verməməliydi. Rəqibimiz təsadüfi qol vurdu ki, bu da sonda məğlubiyyətimizə gətirib çıxardı.

- Düşünmürsüz ki, oyundan öncə çempionluğu məhz bu görüşdə bayram etməyi istədiyinizə dair bol açıqlamalar verməyə dəymirdi? Çünki bu, rəqib futbolçuları daha da güclü motivasiya edirdi...
- “Xəzər Lənkəran” üçün “Neftçi” ilə oynamaqdan böyük motivasiya tapmaq olmaz. Amma məsələ heç də bunda deyildi.
- Bəs nədə idi?
- Xüsusi nəsə axtarmağa dəymir. Bu, bizim üçün adi bir oyun idi. Tutaq ki, “Bakı”ya beş dəfə uduzsaq, növbəti oyunda onlar yenə 100 faiz köklənmə ilə mübarizə aparardılar. Sadəcə, “Neftçi” – “Xəzər Lənkəran” oyunları tam fərqli səviyyədi. Mən bu komandaların hər ikisində çıxış etmişəm və bunun nə demək olduğunu gözəl bilirəm.

- Həmin fərqi izah edə bilərsizmi?
- Özünü fikirləşin də, “Xəzər Lənkəran” bundan öncə “Bakı”ya 1:4 uduzanda necə oynayırdı? Bizə qarşı isə tam fərqli oyun nümayiş etdirdilər. Tamamilə fərqli oyunlar oldu.

- Ola bilər ki, “Neftçi” sadəcə yorulub?
- Xeyr. Burda yorğunluqdan da söhbət gedə bilməz. Sadəcə, komandada heç də həmişə alınmır. Çünki heç də adi komandaya qarşı oynamırdıq. Məncə hər şeyə rəğmən, bu oyun heç-heçə bitməliydi.
- Çempionluğunuzu nə vaxt rəsmiləşdirməyə hazırlaşırsız?
- Qarşıdakı turun “Qarabağ”la oyununda. Öz xalımızı qazanıb, rəsmən çempion olacağıq.