23 aprel 2012 15:07
“Bu iki epizod Elçin Məmmədovun qərəzli olduğunu demək üçün kifayətdi”
"Neftçi"nin futbolçusu Ruslan Əmircanov Premyer Liqanın 29-cu turunun "Xəzər Lənkəran"la oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, müdafiəçi klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
"Bu matçda hakimin demək olar ki, bütün qərarları “Xəzər Lənkəran” klubunun lehinə idi. Oyundan iki epizodu misal çəkirəm. Birində rəqib futbolçu baş hakimin gözü qarşısında əllə oynayır. Elçin Məmmədov qayda pozuntusunu qeydə alsa da, "Xəzər Lənkəran"ın futbolçusuna sarı vərəqə göstərmir. Digər epizoda isə Flavinyonu yıxsalar da, sarı vərəqə onun özünə göstərilir. Məncə bu iki epizod Elçin Məmmədovun qərəzli olduğunu demək üçün kifayətdi".
