23 aprel 2012 15:33
Azərbaycan yığması Yaponiya ilə qarşılaşacaq
Futbol üzrə Yaponiya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, məlumatı AFFA yayıb.
Məlumatda bildirilir ki, AFFA ilə Yaponiya Futbol Assosiasiyası arasında aparılmış danışıqlara əsasən, mayın 23-də, Şizuoka şəhərindəki “Ekopa” stadionunda iki ölkə yığması arasında yoldaşlıq oyunu keçiriləcək. Oyunun keçirilməsi üçün bütün xərclər, o cümlədən nəqliyyat (gediş-gəliş) xərcləri Yaponiya Futbol Assosiasiyası tərəfindən ödəniləcək.
Qeyd edək ki, 17 yaşadək qızlardan ibarət Yaponiya yığması bu il Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatına vəsiqə qazanıb.
