23 aprel 2012 16:35
İngiltərədə ilin futbolçusu müəyyənləşdi
İngiltərənin “Arsenal” klubunun hücumçusu Robin van Persi İngiltərə Peşəkar Futbol Assosiasiyası (PFA) versiyası üzrə ən yaxşı oyunçu sayılıb. Azerisport.az xəbər verir ki, 28 yaşlı hollandiyalı forvard hazırda Premyer Liqanın bombardiridi.
O, 35 matçda 27 qol vurub. Van Persi deyib ki, komanda yoldaşlarının köməyi olmadan bu mükafatı qazana bilməzdi. 29 yaşlı futbolçu ona 12 məhsuldar ötürmə vermiş yarımmüdafiəçi Teo Uolkottu fərqləndirib.
Qeyd edək ki, PFA versiyası üzrə ilin oyunçusuna mükafat 1973-cü ildən etibarən hər il verilir. Onun sahibi futbolçu səsverməsi ilə müəyyənləşdirilir. Robin van Persi karyerasında ilk dəfə bu mükafata sahib olub. Ötənilki mükafatçı isə “Tottenhem”in yarımmüdafiəçisi Qaret Beyl idi.
