23 aprel 2012 16:12

FİFA-nın kobud səhvi millimizi biabırçılığa sürükləyib

Futbol üzrə 2006-cı il dünya çempionatının seçmə qrup mərhələsinin Avropa zonası üzrə püşkü atılarkən səbət bölgüsündə kobud səhvə yol verilib. Azerisport.az xəbər verir ki, nəticədə Azərbaycan milli komandası tarixinin ən biabırçı məğlubiyyətlərindən biri qeydə alınıb.
 
Bu faktı “football-ranking.info” saytı üzə çıxarıb. Həmin vaxt FİFA püşkatma zamanı UEFA-ya üzv 51 ölkənin 2002-ci il dünya çempionatı və 2004-cü il Avropa çempionatında göstərdiyi nəticələrə əsasən səbətlərə bölünəcəklərini açıqlayıb. Lakin ölkələrin FİFA reytinqindəki xalları bərabər olduğu halda, bölgünün necə aparılacağı barədə məlumat verilməyib. Məsələyə 2008-ci il Avropa çempionatının püşkatma prosedurunda aydınlıq gətirilib. Bu qaydaları nəzərə alarkən məlum olur ki, Bolqarıstan Polşanı 2-ci səbətdə, Ukrayna isə Avstriyanı 3-cü səbətdə əvəzləməli imiş.
 
Səbətlərə bölgünün düzgün aparılmaması nəticəsində 3 seçmə qrupun tərkibinin formalaşdırılmasında yanlışlığa yol verilib. Bu səbəbdən, Azərbaycan millisi İngiltərə, Polşa, Avstriya, Uels və Şimali İrlandiya ilə 6-cı qrupda rəqib olub. Halbuki bu qrupda Polşa və Avstriyanı Bolqarıstanla Ukrayna əvəzləməli və beləliklə, Avstriya 2-ci qrupda Türkiyə, Yunanıstan, Danimarka, Gürcüstan, Albaniya və Qazaxıstanla, Polşa isə 8-ci qrupda İsveç, Xorvatiya, Polşa, İslandiya, Macarıstan və Malta ilə birgə yer almalı idi.
 
Qeyd edək ki, Azərbaycan millisi 2006-cı il dünya çempionatının seçmə qrup mərhələsində Polşaya səfərdə 0:8, evdə 0:3 hesabı ilə uduzub. Bakıdakı görüşdə yığmamızın o zamankı baş məşqçisi Karlos Alberto Torresi ispaniyalı referi Undiano Malyenko texniki zonadan qovub. Bu, braziliyalı mütəxəssisin millimizin sükanı arxasında son oyunu olub. Polşadakı nəticə Azərbaycan yığması tarixinə Fransaya 1995-ci ildəki 0:10 hesablı məğlubiyyətdən sonra ikinci biabırçılıq kimi yazılıb. Avstriyaya gəldikdə, səfər matçında 0:2 hesabı ilə uduzan komandamız evdə heç-heçə edib – 0:0. Həmin seçmə mərhələdə yığmamız 3 heç-heçə ilə 6 komandalı qrupda sonuncu olub. (lent.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.