23 aprel 2012 17:01
A Seriyasında daha bir baş məşqçi qovuldu
Futbol üzrə İtaliya A Seriyasında növbəti baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, “Genoa” rəhbərliyi Alberto Malezani ilə yolları ayırmaq qərarına gəlib.
Buna komandanın son turda doğma meydanda “Siena” ilə ev oyununda 1:4 hesablı biabırçı məğlubiyyəti səbəb olub. Məhz bu oyundan dərhal sonra rəhbərlik Malezaninin qovulması barədə qərar çıxarıb.
Artıq komandanın yeni baş məşqçisi də məlumdu. Malezaninin yerinə Luici De Kanio gətirilib.
Xatırladaq ki, Malezani “Genoa”ya aprelin 2-də gətirilmişdi. 57 yaşlı mütəxəssisin rəhbərliyi altında komanda 3 oyuna 2 xal toplaya bildi. Hazırda bu komanda 36 xalla 17-ci pillədə qərarlaşıb.
