23 aprel 2012 17:58
AFFA və UNİCEF-dən növbəti treninq (FOTOLAR)
Şağan Olimpiya İdman Kompleksində U-17 UNİCEF qızlar Liqasında çıxış edən “Mingəçevir” komandasının üzvlərinə “Sağlam həyat tərzi və uşaq haqları” mövzusunda treninq keçirilib. Azerisport.az xəbər verir ki, maarifləndirici xarakter daşıyan tədbirdə qızlara sağlam həyat tərzi və uşaq haqları barədə geniş məlumat verilib.
Tədbir iştirakçılarına AFFA və UNİCEF tərəfindən müxtəlif hədiyyələr və tədris materilalları təqdim olunub.
