23 aprel 2012 18:41

Qarabağ-Bakı oyunu tarixə düşdü

Futbol üzrə Azərbaycan Premyer Liqasının 29-cu turunun “Qarabağ” – “Bakı” oyunu (2:4) Azərbaycan çempionatları tarixinə düşüb. Azerisport.az xəbər verir ki, bu qarşılaşma milli çempionatlarda ilk “altılığ”ın ən məhsuldar oyunu olub.
 
Belə ki, indiyədək 2 mərhələdə keçirilən və “altılıq” prinsipinin olduğu çempionatların mükafatlar uğrunda həlledici mərhələsində heç vaxt 6 və ya daha çox qol vurulmamışdı.
 
İlk dəfə 1995/96 mövsümündə tətbiq olunan sistem 1998/99, 2001/02 mövsümlərində də istifadə olunub. Son illərdə isə ardıcıl 3-cü dəfədir 1-6-cı yerlər uğrunda final mərhələsi oyunları keçirilir. Düzdür, bu 6 çempionatdakı “altılıq” mübarizəsi fərqli olub: qızıl xallar da hesablanıb, xallar sıfırdan da başlanıb, xalların davamı da olub. 2001/02 mövsümünün final mərhələsi isə sona da çatdırılmayıb. Lakin istənilən halda 1-6-cı yerlər uğrunda oyunlarda 6-dan çox qol vurulmayıb.
 
1-6-cı yerlər uğrunda 1995/96 mövsümündə  30 oyundan 2-də, 1998/99 mövsümündə 30 oyundan 1-də 5 qol vurulmuşdu. 2001/02 mövsümündə cəmi 9 görüş baş tutmuşdu ki, onların 1-də 5 qol vurulmuşdu. 2009/10 mövsümündə 30 matçdan 3-də 5 qol qeydə alınmışdısa, ötən mövsüm belə hal yaşanmayıb. Cari mövsümdə isə artıq 2 dəfə 5 qol vurulmuşdu. Bir sözlə 1-6-cı yerlər uğrunda keçirilən 150 oyunda yalnız ilk dəfə 6 qol vurulub, daha 9 dəfə 5 qol qeydə alınıb.
 
Qeyd edək ki, qeyd olunan çempionatların ikinci “altılığ”ında daha məhsuldar oyunlar olub. Mütləq rekord isə 1998/99 mövsümündə 7-10-cu yerlər uğrunda keçirilən “Viləş” - “Turan” oyunudur. 6:6 hesabı ilə başa çatan qarşılaşmada 12 qol vurulmuşdu. Həmin vaxt final mərhələsi 3 qrupda – 1-6, 7-10 və 11-14-cü yerlər uğrunda keçirilirdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.