23 aprel 2012 19:06

Qəbələnin 2 futbolçusu dünya yığmasında yer aldı

"Qəbələ"nin 14 yaşa qədər futbolçulardan ibarət komandasının da iştirak etdiyi III Beynəlxalq Kuşadası Turnirinə Dünya və Türkiyə yığmalarının qarşılaşması ilə yekun vurulub. Azerisport.az xəbər verir ki, Türkiyənin NTV Spor kanalı vasitəsilə canlı yayımlanan görüş dostluq şəraitində keçib və sülhlə yekunlaşıb - 0:0.
 
Futbolçularımız - yarımmüdafiəçi Baxşəli Baxşəliyev və hücumçu Coşqun Süleymanovun yer aldığı Dünya yığması matç boyunca üstün oyun nümayiş etdirsə də, hesab açılmayıb. Dünya yığmasının məşqçilər heyətində də "Qəbələ" təmsil olunub. Komandamızın baş məşqçisi Halim Fıçıcı Dünya yığmasının baş məşqçisi Zepp Piontekin koməkçisi vəzifəsini yerinə yetirib.
 
Qarşılaşmadan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mərasimdə komandalara və futbolçulara müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib . Sevindirici haldır kı, mükafatçılar sırasında turniri 5-ciliklə yekunlaşdıran "Qəbələ" də yer alıb. Turnirin ümidverici komandası mükafatına layiq görülən təmsilçimiz 3 dəfə iştirakçısı olduğu birincilikdə ikinci dəfə bu nominasiyanın qalibi olub. 
 
Turnirin birincilik kürsüsünə isə "Bursaspor" qalxıb. Bursalılar finalda "Bröndbi"ni yenməklə qızıl medalları boyunlarından asıblar. Turnirin bürünc medallarına sahib çıxan "Fenerbahçe" "Aydınspor"u bir addım qabaqlamağı bacarıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.