23 aprel 2012 19:26
Təxirə salınmış oyunlara təyinatlar açıqlandı
Futbol üzrə Azərbaycan birinci divizionunun 17-ci turundan təxirə salınmış iki oyun keçiriləcək. Azerisport.az xəbər verir ki, hər iki görüş aprelin 25-də baş tutacaq.
Hər iki oyun saat 16:00-da başlayacaq. Qarşılaşmaları idarə edəcək hakimlər isə aşağıdakı kimidi:
Birinci divizion
17-ci turun oyunları
25 aprel (çərşənbə)
Göyəzən – MKT-Araz
Hakimlər: Rasim Məmmədov, Rəvan Həmzəzadə, Mətin Vəliyev, Rəşadət Cəfərov.
Hakim-inspektor: Salman Vəliyev.
Şəmkir - Bakılı
Hakimlər: Rəhim Həsənov, Aleksandr Musatkin, Azad Ə.Hüseynov, Taleh Məmmədov.
Hakim-inspektor: Əvəz Şıxıyev.
