24 aprel 2012 00:12

“Qızıl medalı kimin qazanacağı artıq məlumdu”

Azerisport.az sizi “İnter”in yarımmüdafiəçisi Asif Məmmədovun müsahibəsi ilə tanış edir.
 
- “Qəbələ”yə qarşı keçirilən qarşılaşma öz gərginliyi ilə seçildi. Matç çox çətin keçsə də, sonradan “İnter” əzmkar qələbə qazana bildi. Baş tutan görüş barədə nə deyə bilərsən?
- Bu oyun bizim üçün çox önəmli idi. Qarşılaşma hər iki tərəf üçün böyük əhəmiyyət daşıyırdı. Məqsədimiz qələbə qazanmaq idi ki, buna da nail ola bildik. Avropakuboklara vəsiqə yolunda bu üç xal bizə çox lazım idi.
 
- Bu turda “Qarabağ”ın məğlub olması da “İnter”in işinə yaradı. Belə ki, komanda Ağdam klubunu keçməklə turnir cədvəlinin 2-ci pilləsinə yüksəldi.
- Fikrimcə, birinci pilləni kimin tutacağı artıq məlum məsələdi. Biz də öz növbəsində qalan görüşlərdə qələbə qazanıb 2-ci yeri özümüzdə saxlamağa çalışacağıq. İnşallah, sonda məqsədlərimizə çatacağıq.
 
- Yeri gəlmişkən, çempionat çərçivəsində keçirilən son 5 matçda “İnter” qələbəyə həsrət idi. Amma dünən qələbə əldə etməklə komanda bu uğursuz seriyanı dayandırmağı bacardı.
- Mövsümboyu hər komanda bu cür vəziyyətlə üzləşir. Belə enişlərin olması qaçılmazdı. Biz də belə hadısəylə üzləşdik, amma zənnimcə, “Qarabağ” klubuna qarşı keçirilən qarşılaşmada biz bu seriyaya artıq son qoya bilmişik. “Qəbələ”ylə oyundakı qələbəmizi isə buna sübut kimi göstərə bilərik.
 
- “İnter”in əsas məqsədlərindən biri Avroliqaya vəsiqə əldə etməkdi. Necə düşünürsən, “İnter” bu hədəfə çata biləcək gücdədi?
- İnşallah biz bunu edə biləcəyik. Bunun üçün isə mövsümün qalan qarşılaşmalarında yaxşı oyun göstərmək və tam gücümüzlə mübarizə aparmaq lazımdı.
 
- Artıq çərşəmbə günü komandanı Azərbaycan Kubokunun 1/2 final mərhələsi çərçivəsində “Neftçi”ylə çətin səfər qarşılaşması gözləyir. Baş tutacaq bu görüş haqqında nə deyə bilərsən?
- Bu oyun bizim üçün çox vacibdi. Məqsədimiz kubokun finalına çıxmaqdı, lakin biz bilirik ki, bunu etmək çox çətin olacaq. Komandamızı gərgin mübarizə gözləyir. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.