23 aprel 2012 12:07
Neftçinin hücumçusu üçün mövsüm bitdi
Futbol üzrə ölkə çempionatının 29-cu turun “Neftçi” üçün uğursuzluqla yadda qalıb. Azerisport.az xəbər verir ki, oyunun əvvəlində zədələnərək əvəzlənən Bahodir Nasimov üçün mövsüm artıq bitib.
Aldığı zədə özbək futbolçunu üç həftəlik müddətə sıradan çıxarıb. Bu üzdən də o, qalan üç turda komandasına kömək edə bilməyəcək.
