23 aprel 2012 12:43
“Belə hakimlik klublar arasındakı münasibətlərə də pis təsir edir”
"Neftçi"nin məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 29-cu turunun "Xəzər Lənkəran"la oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
"İstəməzdik ki, “Xəzər Lənkəran”la oyunumuz qərəzli hakim qərarları ilə yadda qalsın. Amma təəssüf ki, belə oldu. Bir neçə epizodda hakim rəqib futbolçuların kobudluğuna göz yumdu. Nəticədə Flavinyoya səbəbsiz yerə sarı vərəqə göstərdi. Özü də o, bilirdi ki, bu vərəqə Flavinyonun növbəti matçı buraxmasına səbəb olacaq. Ümumiyyətlə onun qərarları komandamızın gələcək oyunlarına mənfi təsir edəcək. Buna qədər Elçin Məmmədov "Bakı" və "İnter" komandaları ilə oyunlarımızı idarə etmişdi. Həmin qarşılaşmalarda hakim qərəzli qərarları ilə yadda qalmışdı. Belə hakimlik klublarımız arasındakı münasibətlərə də pis təsir edir".
