24 aprel 2012 13:32
AÇ-2012-nin biletləri təqdim olundu (FOTO)
Ukraynanın paytaxtı Kiyevdə futbol üzrə AÇ-2012-nin oyunlarına biletlərin təntənəli təqdimat mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, nümunə kimi Ukraynanın iyunun 11-də İsveçlə keçirəcəyi oyuna bileti nümayiş etdiriblər.
Təqdimatda AÇ-2012 üçün uşaq rəsmləri müsabiqəsinin qalibi Darya Kovtun, Beynəlxalq Olimpiya Komitəsinin “AÇ-2012 Ukrayna” layihəsinin direktoru Markiyan Lubkivski və UEFA-nın əməliyyat direktoru Martin Kallen iştirak edib.
Çempionat oyunlarına biletlər 6-7 qat müdafiəyə malik olacaqlar. Onlardan əsasları holoqram və unikal identifikasiya kodudu. Bu barədə stadionlarda çalışacaq stüardları məlumatlandıracaqlar. Bütün müdafiə elementləri biletin bir tərəfində qərarlaşıblar. Digər tərəfində isə turnirin simvolu olan gül, qönçəsində matçın sıra nömrəsi, 2 yarpağında oyunda iştirak edən ölkələrin bayraqları, bir qədər aşağıda yerlərin nömrəsi, qiyməti, oyunun keçiriləcəyi stadion haqqında informasiya, habelə, başlama vaxtı əks olunub. Habelə, biletdə sahibinin adı və soyadı göstəriləcək. Stadiona girərkən, hər bir şəxsin pasportunu yoxlamayacaqlar. Lakin stüard şübhələnəcəyi şəxsdən şəxsiyyətini təsdiq edən sənəd xahiş etmək hüququna malikdi.
Qeyd edək ki, iyunun 8-dən iyulun 1-dək davam edəcək Avropa çempionatı Ukrayna ilə yanaşı, Polşada da təşkil olunacaq. Aprelin 10-da UEFA çempionata bilet satışını rəsmən dayandırıb. Çap olunan 1,4 milyon biletdən azad satışa 1 milyonu çıxarılıb. Azarkeşlər biletləri mayın 10-dan sonra poçtla ala biləcəklər.
