24 aprel 2012 01:53
Bakı Qarabağla oyuna Mingəçevirdə hazırlaşır
Azərbaycan kuboku uğrunda 1/2 final mərhələsinin cavab oyununda "Qarabağ"la qarşılaşacaq "Bakı" klubu Mingəçevirdə məskunlaşıb. Azerisport.az xəbər verir ki, komanda ötən gün Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda bir məşq keçirib.
Məşqdə "Qarabağ"la çempionat oyununda çıxış etməyən oyunçular iştirak edib. Digər oyunçular isə bərpa prosesi keçib və fitnesdə iştirak ediblər. Üzürlü səbəblərdən son çempionat oyunda iştirak etməyən Koke də ötən gün komandaya qoşulub.
Axşam saatlarında isə komanda Mingəçevirdə şəhər gəzintisinə çıxacaq.
