24 aprel 2012 14:10

Elvin Məmmədov: Bakıda dəyişikliklər olmalıdı

“Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədov Azərbaycan kubokunun “Qarabağ”la cavab yarımfinal oyunu ərəfəsində azerisport.az saytının suallarını cavablandırıb.
 
- Hazırda komandanız mövsümün ən həlledici məqamındadı. Sabah sizi “Qarabağ”la kubokun cavab yarımfinal oyunu gözləyir. Bu, həmin rəqibdi ki, cəmi bir neçə gün öncə çempionatda 4:2 hesabıyla məğlub etdiniz. Buna necə nail oldunuz?
- Bu oyuna çox ciddi köklənmişdik. Toparlanıb, söz verdik ki, bu oyunda qələbə qazanmalıyıq. Amma bu qələbəyə görə arxayınlaşmağa, sevinməyə dəyməz. Çünki bizi Quzanlıda daha bir çətin oyun gözləyir.
 
- Sabah keçiriləcək oyun çempionatdakı görüşdən nə ilə fərqlənəcək?
- Mən “Qarabağ”da oynamışam və bilirəm ki, bu komanda istənilən rəqiblə oyuna çox yaxşı köklənir. Onlar bir-birlərini çox yaxşı başa düşürlər, bunu demək olar ki, gözünağlı edirlər. Aydın məsələdi ki, “Qarabağ” revanş haqda düşünür. Çünki həmin məğlubiyyət ağdamlıların işini çətinə saldı. Bir şeyi deyə bilərəm ki, “Bakı” “Qarabağ”ı keçsə, finalda bizi saxlamaq çox çətin olacaq.
 
- Yeri gəlmişkən, finala çıxacağınız halda orda “Neftçi” ilə qarşılaşmaq istərdiniz, yoxsa “İnter”lə?
- Mənim üçün daha çox “Bakı”nın finala çıxması önəmlidi. Digər finalçının kim olacağı mənə qətiyyən maraqlı deyil. Onların hər ikisinin finala çıxmaq şansları çox yüksəkdi.
 
- Sizə elə gəlmir ki, “Bakı” çox qeyri-sabit oyun sərgiləyir?
- “Bakı” həqiqətən özünə bənzəmir. Bunun da günahı biz futbolçulardadı. Məsələn, mən özüm daha yaxşı oyun sərgiləyə bildiyim halda, hazırda həmin formamdan uzağam.
 
- Avrokuboklara çempionatdan getmək şansınız da var. Bunun üçün sadəcə “Qəbələ”, “Neftçi” və “İnter”i məğlub etməyiniz lazımdı. Bunu real sayırsız?
- Biz başa düşürük ki, çempionluğa şansımız yoxdu. Amma avrokuboklara düşməliyik. Bu oyunlarda 9 xal toplaya bilsək, vəzifəmizin öhdəsindən gələ bilərik. Bəli, bu, çətindi. Amma bu vəziyyətə özümüz düşmüşük, özümüz də həll etməliyik.
 
- Əgər “Bakı” yenə avrokuboklara düşə bilməsə, necə olacaq?
- Şübhəsiz ki, ciddi islahatlar ola bilər. Klub rəhbərliyi də komanda üçün uğurlu ola biləcək dəyişikliklərə əl atacaqlar. Əgər hər cür şəraitə malik komanda avrokuboklara düşə bilmirsə, onda orda dəyişikliklər mütləq olmalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.