24 aprel 2012 14:54
Neftçinin futbolçuları diskvalifikasiya olundu
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatının 29-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 29-cu turunun “Turan” – “Simurq” matçında “Turan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Qəbələ” – “Bakı” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“İnter” – “Neftçi” matçının 79-cu dəqiqəsində “Neftçi”nin futbolçusu Malik Babayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Ceyhun Cavadov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
