24 aprel 2012 15:11
Baş məşqçiyə beş oyunluq cəza!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra birinci divizionun 27-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
Azərbaycan I divizionunun 27-citurunun “MKT-Araz” – “Bakılı” matçının 67-ci dəqiqəsində “MKT-Araz” klubunun futbolçusu Əli İbişov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində “Bakılı”nın baş məşqçisi Elman Sultanov hakimləri təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.
“Şuşa” – “Şəmkir” matçında “Şəmkir”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Matçın 86-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Tural Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
