24 aprel 2012 16:23
Millimizin Yaponiya ilə matçının başlama vaxtı bəlli oldu
Futbol üzrə Yaponiya və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq matçının başlama vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, AFFA ilə Yaponiya Futbol Assosiasiyası arasında aparılmış danışıqlara əsasən, mayın 23-də keçiriləcək görüş yerli vaxtla saat 15:15-də (Bakı vaxtıyla saat 19:15-də) start götürəcək.
Qeyd edək ki, bu görüş Şizuoka şəhərindəki “Ekopa” stadionunda keçiriləcək. Oyunun keçirilməsi üçün bütün xərclər, o cümlədən nəqliyyat (gediş-gəliş) xərcləri Yaponiya Futbol Assosiasiyası tərəfindən ödəniləcək.
