24 aprel 2012 17:02
Novruz Əzimov: Finala çıxmaq istəyirik
“Bakı”nın baş məşqçisi Novruz Əzimov futbol üzrə Azərbaycan kubokunun “Qarabağ”la cavab yarımfinal oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Komandada ciddi itki yoxdu. Bizi çox çətin 90 dəqiqə gözləyir. Əlbəttə, üstünlük rəqib komandadı. Çünki ilk oyunda məhz onlar minimal hesablı qələbə qazanmışdılar. Buna baxmayaraq, biz finalda oynamaq istəyirik. Bunun üçün rəqibi yenə məğlub etməliyik. Hansı ki, bunu bir neçə gün öncə Premyer Liqa çərçivəsindəki oyunda bacarmışdıq. İndidən hər şeyin necə nəticələnəcəyini proqnozlaşdırmaq çətindi. Sadəcə bir şeyi deyə bilərəm ki, sona kimi mübarizə aparacağıq”.