24 aprel 2012 17:55

Futbolumuzda irqçilik qalmaqalı

“Bakı”nın yarımmüdafiəçisi İbrahim Karqbo Azərbaycan futbolunda ən səs-küylü qalmaqallardan birinin müəllifi ola bilər. Azerisport.az xəbər verir ki, sözügedən futbolçu müsahibələrinin birində “Qarabağ”ın hücumçusu Rauf Əliyevlə “Neftçi”nin forvardı Bahodir Nasimovun onun ünvanına irqçi sözlər səsləndirdiyini bəyan edib.
 
Maraq üçün qeyd edək ki, sabah “Bakı” ilə “Qarabağ” futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununa çıxacaq. Odu ki, sözügedən qalmaqalın ortaya atılması sabah baş tutacaq prinsipial görüş öncəsi gərginliyi bir qədər də artırıb.
 
Lakin Rauf Əliyev haqqında deyilənlərlə razılaşmır. O, saytımıza müsahibəsində bunları dilə gətirib: “Bütün bunlar təxribatdı. Oyun vaxtı çox şey olur: sərt mübarizə, narazılıq, söz deyişməsi. Amma mən heç kimə dərisinin rənginə görə fərq qoymamışam. Karqbo bunu özündən uydurub. Ümumiyyətlə, irqçiliyin futbolda əleyhinəyəm. Bu, heç kimə xoş deyil. Bu futbolçuya görə təəssüflənirəm. Çox təəssüf ki, o, diqqətləri özünə çəkmək üçün məhz bu yolu seçib”.
 
“Bakı”nın idman direktoru Yaşar Seyidovun da məsələ ilə bağlı öz fikirləri var: “Futbol meydanında elə gərgin mübarizə və mübahisə gedir ki, hərdən emosiyalar həddini aşır. Futbolçuların orda bir-birinə nə dediklərini bilmirəm. Amma görünür “Qarabağ”ın rəhbərliyi ilə söhbət etməliyik ki, gələcək oyunlarda oxşar hallar təkrarlanmasın. Etiraf edim ki, mən Azərbaycanda irqçilik problemi ilə üzləşəcəyimizə inanmıram”.
 
“Bakı”nın baş məşqçisi Novruz Əzimovun məsələyə münasibəti isə belədi: “Qarşıda bizi “Qarabağ”la çətin kubok oyunu gözləyir. Ona görə bu məsələ məni çox narahat edir. Nasimov artıq iki ildir Azərbaycanda çıxış edir. İndiyə qədər pis heç nə etməyib. O, Premyer Liqanın ən yaxşılarındandı. Nasimov da müsəlmandı və onun irqçiliyə yol verməsi qəribə görünür. İnanmraım ki, Rauf Əliyev də belə bir şeyə yol verə. Əks halda futbolçu bunu oyundan dərhal sonra deyərdi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.