24 aprel 2012 18:16
Azərbaycan kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlandı
Futbol üzrə Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb. Azerisport.az həmin təyinatlarla sizi də tanış edir.
Qeyd edək ki, "Neftçi" - "İnter" və "Qarabağ" - "Bakı" yarımfinal görüşlərinə yalnız AFFA nümayəndəsi və hakim-inspektorların təyinatları məlumdu. Hakimlərin təyinatları isə oyun günü – sabah açıqlanacaq.
Azərbaycan kuboku
Yarımfinal (cavab oyunları)
25 aprel (çərşənbə)
Qarabağ - Bakı
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. Saat 16:00.
Neftçi – İnter
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məlik Həsənov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 17:20.
