24 aprel 2012 19:03
Sumqayıt Turanla oyuna belə hazırlaşır (FOTOREPORTAJ)
Premyer Liqanın 30-cu turu çərçivəsində səfərdə “Turan”ın qonağı olacaq “Sumqayıt” Futbol Klubu hazırlığını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda davam etdirir. Azerisport.az xəbər verir ki, zədəli Hacı Əhmədov və Slavik Alxasov bu gün baş tutan məşqdə iştirak etməyib.
“Simurq”la qarşılaşmada zədələnən Bədavi Hüseynov və Ruslan Məcidov isə fərdi şəkildə hazırlaşır. Zədəli olduğu üçün Zaqatalaya aparılmayan Yasin Abbasov və Timur İsrafilov tam sağalıb və məşqlərdə iştirak edirlər.
Qeyd edək ki, “Turan” – “Sumqayıt” oyun la aprelin 29-da Tovuz şəhər stadionunda keçiriləcək.
