25 aprel 2012 00:04

Azərbaycan kuboku: Finala doğru son addım

Bu gün futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinə yekun vurulacaq. Azerisport.az xəbər verir ki, ölkə kubokunun həlledici oyununa vəsiqələrin sahibi eyni gündə müəyyənləşəcək. Belə ki, “Neftçi” “İnter”i, “Qarabağ” isə “Bakı”nı qəbul edəcək.
 
“İnter” – “Neftçi” oyunu paytaxt klublarının bu turnirdəki 5-ci duelidi. Bundan əvvəlki 4 qarşıdurmadan 3-də “İnter”, 1-də “Neftçi” mərhələ adlayıb.
 
“Neftçi” bu dəfəki rəqibi ilə duellərdə mərhələni bu komanda “Xəzər Universitet”i adlanan vaxtda – 2001-2002-mövsümündə adlayıb. Yarımfinalın ilk duelində 2:0 hesablı qələbə qzanıb, cavab oyununda 1:2 hesabı ilə yenilən “Neftçi” yarımfinala çıxıb. Flaqman kubokda “İnter” üzərindəki yeganə qələbəsini həmin vaxt – düz 10 il əvvəl qazanıb.
 
Tərəflərin növbəti dueli 2004-2005 mövsümünün 1/4 final mərhələsində baş tutub. Hər iki qarşılaşma 0:0 hesabı ilə bitdiyindən qalib penalti seriyasında müəyyənləşib. Bu zaman “İnter” daha güclü olub – 4:3. Üçüncü duel 2007-2008 mövsümünün yarımfinalına təsadüf edib. İlk oyun 2:2 hesabı ilə başa çatıb, cavab qarşılaşmasında “İnter” qələbə qazanıb – 1:0. 2009-2010 mövsümünün 1/4 finaldakı qarşıdurmada “İnter” iki qələbə – 3:0, 2:1.
 
Bu mövsüm keçirilən ilk oyun isə 0:0 hesabı ilə yekunlaşıb. İndiyəqədərki 9 oyunda “İnter” 5 (penalti seriyası da daxil olmaqla), “Neftçi” 1 qələbə qazanıb, 3 oyun heç-heçə bitib. “İnter” 10, “Neftçi” 6 qol vurub. “Neftçi” kubokda 10 ildi ki, “İnter”i uda bilmir. Bu komandalar arasında cari mövsümdə baş tutan çempionat oyunları da az maraq doğurmur. Belə ki, təsnifat mərhələsində keçirilən hər iki oyunda “bankirlər” qələbə qazanan tərəf olmuşdular. Lakin final mərhələsindəki hər iki görüşdə “ağ-qaralar” üstün oldular. Bir sözlə, cari mövsüm iki paytaxt klubunun demək olar ki, bərabər səviyyəli oyun sərgilədiyini söyləmək olar. Baxmayaraq ki, turnir cədvəli baxımından “Neftçi” Premyer Liqada rəqibindən çox öndədi.
 
Məhz bu üzdən də kubokda yoluna davam etməyi “Neftçi”yə nisbətən “İnter” daha çox istəyir desək, yəqin ki, yanılmarıq. Bunun da öz səbəbləri var. Məsələ burasındadı ki, “bankirlər” indiyə qədər üç dəfə kubokun finalına çıxmağı bacarsa da, heç vaxt bu titula yiyələnə bilməyib. Bu üzdən də onlar indi ən azı “ağ-qaralar”ı mübarizədən kənarlaşdırmaq istəyir ki, dördüncü final matçında kubok həsrətinə son qoysunlar.
 
Digər tərəfdən “İnter”in çempionatda medalçılar sırasına düşməsi də hələ dəqiqləşməyib. Yəni Çempionar Liqasına gedəcəyi demək olar ki, dəqiqləşən “Neftçi”dən fərqli “bankirlər”in avrokuboklara vəsiqə verən yerlərdən birini tuta bilməməsi təhlükəsi də var. Bu üzdən də Kaxaber Tsxadadzenin komandası eyni zamanda ölkə kubokunu qazanmağı hədəfləyir ki, Avropa Liqasına vəsiqədən məhrum olmasın.
 
“Neftçi” isə Premyer Liqada çempion olmağa daha çox köklənib. Lakin nəzərə alsaq ki, Böyükağa Hacıyevin komandası artıq bu vəzifəsinin öhdəsindən 95 faiz gəlib, o zaman qızıl dubla imza atmaq üçün “ağ-qaralar”ın bütün diqqətini kuboka yönəltməsi də istisna deyil. Hər halda belə bir fürsət hər mövsüm ələ düşmür və “Neftçi”nin yubileyinə qızıl dubl töhvəsi vermək istəyi şübhə doğurmur.
 
Digər yarımfinal cütündə isə “Qarabağ”la “Bakı” mübarizə aparır. Bu, tərəflər üçün 4-cü kubok duelidi. İndiyədək üç dəfə kubokda bir-birinə rəqib olan komandaların duellərində “Qarabağ” güclü tərəf olub.
 
1997-1998 və 2005-2006 mövsümünün 1/4 finalında, 2008-2009 mövsümünün isə yarımfinalında qarşılaşan rəqiblərin duellərində “Qarabağ” mərhələ adlayıb. Bu mövsümün ilk oyununu da nəzərə alsaq tərəflər kuboda 7 oyun keçirib və “Bakı” heç vaxt qələəbə qazanmayıb. “Qarabağ” 5 dəfə qələbəyə sevinib, 2 oyun heç-heçə başa çatıb. Ağdamlıların 10 qoluna bakılılar 5 dəfə cavab veriblər.
 
Qeyd edək ki, bu klubların mübarizəsində də qələbəni ağdamlılardan daha çox paytaxt təmsilçisi istəyir. Bunun da səbəbi çox sadədi: çempionatda medalçılar sırasına düşməsi daha çətin olan “zolaqlılar” üçün Avropa Liqasına vəsiqə kubokda bir qədər yaxın görünür. Bunun üçün sadəcə “Qarabağ”ı cavab oyununda üstələyib, finalda qələbə qazanmaq lazımdı. Baxmayaraq ki, ilk oyundakı yenilgidən sonra kubokdakı şanslar da xeyli aşağı qiymətləndirilir.
 
Qurban Qurbanovun komandası isə Avroliqaya vəsiqəni medalçılar sırasına düşməklə də qazanmağa yaxındı. Hər halda “Bakı” hazırda 5-ci pillədə qərarlaşdığı halda, Ağdam klubu üçüncüdü. Lakin bu, o demək deyil ki, ağdamlılar kubokda uğur qazanmağı rəqibdən az istəyir. Ən azı ona görə ki, son turlarda ardıcıl məğlubiyyətlərlə üzləşərək çempionluq şanslarını itirən bölgə təmsilçisi uzun müddətli titul həsrətinə məhz kuboku qazanmaqla son qoya bilər.
 
Hazırda ağdamlıların kuboka sahib çıxmaq şanslarının “Bakı”ya nisbətən yüksək qiymətləndirilməsi də xüsusi qeyd olunmalıdı. Çünki bu komandaların cari mövsüm baş tutan oyunlarında “Qarabağ”ın diqqət çəkən dərəcədə üstünlüyü var. Belə ki, Qurbanovun yetirmələri mövsümün gedişində keçirilmiş dörd çempionat oyunundan üçündə qələbə qazanıb. İlk kubok oyununu da nəzərə alsaq, bu seriya 4 oyuna çatır. Lakin “Bakı” cəmi bir neçə gün öncə Quzanlıda keçirilən Premyer Liqa oyununda qazandığı 4:2 hesablı qələbə ilə hamını təəccübləndirməyi bacardı. Bu üzdən də “zolaqlılar” kubokda da eyni şəkildə uğur qazanmaqla finala adlaya bilər. Ağdam klubu isə bakılılarla əvvəlki oyunlardakı uğurku seriyanın davamını gətirməyə və son yenilginin qisasını almağa çalışacaq.
 
Azərbaycan kuboku
Yarımfinal (cavab oyunları)
25 aprel (çərşənbə)
 
16:00. Qarabağ - Bakı
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.
İlk oyun – 1:0
 
17:20. Neftçi - İnter
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məlik Həsənov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
İlk oyun – 0:0

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.