24 aprel 2012 11:00

Maksim Medvedev: Bakı ilə kubokda başqa futbol oynayacağıq

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev futbol üzrə ölkə çempionatının 29-cu turu çərçivəsində “Bakı”ya qarşı keçirilmiş oyun (2:4) və “paytaxtlılar”la ölkə kubokunun ikinci yarımfinal görüşü (ilk oyun 1:0) barədə fikirlərini azerisport.az və “Zerkalo” ilə bölşüb.
 
- Evdə “Bakı”ya məğlubiyyətiniz kifayət qədər gözlənilməz oldu. Səbəbi nədir?
- Oyuna qələbəyə hazır normal ovqatla çıxmışdıq. Prinsipcə birinci hissədə yaxşı oynadıq və vəziyyətlər əldə etdik. Ancaq rəqibin standart zərbəsi zamanı səhvə yol verdik və qol buraxdıq. Buna baxmayaraq qol vuraraq hesabı bərabərləşdirdik. İkinci hissədə komanda sanki yatmışdı. Xüsusən ikinci hissənin əvvəlində. Guya hər şey normal idi, ancaq rəqib bizi sıxmağa başladı. Yenə də diqqətsizlikdən qol buraxdıq. Avtoqol da öz sözünü dedi, oyundaşlarıma çox təsir göstərdi. Ancaq sona qədər oynayıb bir qol da vurduq. Ancaq vaxt çatmadı. Sonda niyə belə alındığını demək çətindi. Güman ki bu dəfə “Bakı” qələbəyə daha istəkli idi.
 
- Oyuna qədər “Qarabağ” üçün bu görüşün ölkə kubokunun ikinci yarımfinal qarşılaşmasından daha az əhəmiyyət kəsb etməsi kimi ehtimal vardı. Çünki bütün komandanın fikri Aprelin 25-ə yönəlib (ölkə kubokunun ikinci yarımfinal oyunu - qeyd).
- Bilirsiniz, premyer-liqa”nın “gümüş”ü də az əhəmiyyət kəsb etmir. Çempionatda ikincilik bizə mane olmaz. Digər tərəfdən, əgər qələbə qazansaydıq, Avropa liqasında yerimizi təmin etdiyimizi əminliklə demək olardı. Ancaq biz məğlub olduq. İndi “Neftçi”dən başqa bütün komandalar avrokuboklar uğrunda bərabər mübarizə apara bilər.
 
- Maraqlıdır ki, 60-cı dəqiqədə məhz sizi əvəzləyəndən sonra “Qarabağ” üç qol buraxdı. Doğrudanmı müdafiə xəttində dəyişiklik belə çox təsir göstərdi?
- Belə düşünmürəm. İlqar Qurbanovun solda oynayacağını gözləmirdim. Fikirləşdim ki, baş məşqçi Qurban Qurbanov kubok oyununun cavab görüşü ərəfəsində Ansi Aqoliyə sadəcə bərpa imkanı verib. Düşünürəm ki, sadəcə hansısa anda oyunumuz itdi və bu, öz sözünü dedi.
 
- Artıq bir neçə gündən sonra sizi Quzanlıda “Bakı”ya qarşı növbəti oyun gözləyir. Yəqin ki revanş ehtirası olacaq?
- Əlbəttə. Ancaq kubokda biz artıq başqa futbol oynayacağıq. Ancaq onlar qapımıza ən azı iki top vurmağa çalışacaqlar. Buna görə də bizim özümüzə tez-tez irəli atılmaq lazım gələcək.
 
- Oyundan sonra “paytaxtlılar”ın yarımmüdafiəçisi Aleksandr Şoliç bildirib ki, onlar öz pressinqləri ilə sizə ötürmələrlə oynamağa imkan verməyiblər və buna görə də “Qarabağ”da heç nə alınmırdı.
- Deməzdim ki, onlar bizə ötürmələrlə oynamağa imkan vermədilər. Hələ birinci hissədə təəssüf ki reallaşdıra bilmədiyimiz bir neçə imkanımız oldu. Ola bilər ki oyunun sonuna yaxın Şoliçin özünün meydanda olduğu zaman, bəli, bizdə artıq hər şey alınmırdı. Sona yaxın onlar görünür, anladılar ki, bizə boşluqlar vermək olmaz.
 
- Yeri gəlmişkən, reallaşdırmalar barədə. Son vaxtlar komandanızın kifayət qədər çoxlu vəziyytlər yaratması, ancaq sonda birini reallaşdırması gözə çarpır. Bu Əfran İsmayılovun meydanda olmaması və ya bəzən meydana çıxması ilə əlaqədar ola bilər?
- “Qarabağ” eyni heyətlə artıq uzun müddət oynayan bir komandadır. Hamı Əfranın necə oynaya biləcəyini bilir. Demirəm ki, Vüqar pis oynayır. Xeyr, o, öz işini özünəməxsus görür. Biz Əfranın sağda olmasına alışmışıq və onun yoxluğunda həmişə hər şey alınmır, ən azından sağ cinahda. Bəli, vəziyyətlərin reallaşdırılması baxımından son vaxtlar axsayırıq və rəqiblərimiz də səhvlərimizi bizə bağışlamır. Biz də belə etməliyik ki, sonradan rəqiblərimizin izləyicisinə çevrilməyək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.