24 aprel 2012 12:15
Alberto Zakkeroni: Ümid edirəm Azərbaycana qarşı oyunda Hondadan istifadə edə biləcəyik
Azerisport.az xəbər verir ki, futbol üzrə Yaponiya yığmasının baş məşqçisi Alberto Zakkeroni Mayın 23-də Azərbaycan yığmasına qarşı keçiriləcək yoldaşlıq oyuna Moskva MOİK-də (ЦСКА) çıxış edən və yaxınlarda zədədən bərpa olmuş Keysuke Hondanı da dəvət etmək fikrindədir.
“Honda yığmamızın vacib oyunçularındandır və biz onu dəstəkləmək istəyirik. Belə ki, bu, ona DÇ-2014-ün seçmə oyunlarına hazırlaşmağa kömək ola bilər. O, “Dinamo”ya qarşı 90 dəqiqə oynadı və bu, onun vəziyyətini qiymətləndirmək üçün yaxşı imkan idi. Əgər məşqləri davam etdirsə, Azərbaycana qarşı oyunda ondan istifadə edə bilərik”, deyə Alberto Zakkeroni Yaponiya KİV-ə bildirib.
