24 aprel 2012 12:33
Azərbaycan yığmasının hücumçusu 90 dəqiqə oynadı
Futbol üzrə Almaniya şimali regional liqasının 30-cu tur oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, gənclərdən ibarət Azərbaycan yığmasının üzvü Ali Gökdemirin komandası “Hannover 96 Am” səfərdə “Havelse” ilə qarşılaşıb. Görüş məhsuldar heç-heçə ilə yadda qalıb - 2:2. Qeyd edək ki, Gökdemir meydanda 90 dəqiqə mübarizə aparıb.
Hazırda “Hannover 96 Am” 45 xalla 4-cü pillədədir.
