25 aprel 2012 13:04
Berti Foqts Neftçi - İnter oyununu seçdi
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts yenidən Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, millimizin çalışdırıcısı Azərbaycan kuboku uğrunda yarışın 1/2 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün saat 17:20-də, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək “Neftçi” – “İnter” oyununu izləyəcək.
