25 aprel 2012 01:08
Bakı Qarabağla cavab oyununa hazırdı
“Bakı” ötən gün "Qarabağ"la oyun öncəsi son məşqini keçirib. Azerisport.az xəbər verir ki, Mingəçevir şəhər stadionunun meydanında baş tutan məşqə zədəli futbolçular Elvin Əliyev, Duye Bakoviç və Novruz Məmmədov xaricində bütün futbolçular qatılıblar.
Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab oyununda "Qarabağ"ın qonağı olacaq"Bakı" bu gün səhər saatlarında Ağdama istiqamət görürəcək.
Xatırladaq ki, rəqiblərin 1 həftə əvvəl paytaxtda keçirilən qarşılaşmasında qonaqlar 1:0 hesabı ilə qalib gəlmişdilər. Bir neçə gün əvvəl isə Premyer Liqa çərçivəsində Ağdamda "Qarabağ"ı 4:2 hesabı ilə məğlub edən “Bakı” kubok oyununda da eyni uğuru təkrarlamağa çalışacaq.
