25 aprel 2012 01:53
Azerkeşlər Qarabağ – Neftçi finalını istəyirlər
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, futbol üzrə Azərbaycan kubokunun finalında hansı komandalar qarşılaşacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyini diqqətinizə çatdırırıq.
Futbolsevərlər kubokda “Neftçi” – “Qarabağ” finalına daha çox inanır. Belə ki, bu variantın reallaşacağına respondentlərin 66 faizi (147 səs) proqnozlaşdırır.
Sonrakı yerdə isə “Qarabağ” – “İnter” variantıdı. Finalda bu klubların görüşəcəyini güman edənlər 22 faiz (49) təşkil edirlər.
“Bakı” – “Neftçi” və “İnter” – “Bakı” variantları isə daha az səs toplayıb. Maraq üçün xatırladaq ki, ilk oyunlardan sonra “Qarabağ” səfərdə “Bakı”nı 1:0 hesabıyla məğlub etdiyi halda, “İnter” evdə “Neftçi” ilə qolsuz heç-heçəyə razılaşmışdı.
