25 aprel 2012 14:17
İsveçrə futbolu şokda
İsveçrə Futbol Federasiyası şok qərarlar qəbul edib. Azerisport.az xəbər verir ki, federasiya 11 klubun lisenziyasını ləğv edib.
“Allsvenskan” adlanan güclülər dəstəsində 4 klubun – “Yanq Boyz”, “Sion”, “Servette” və “Sürix”in, “Superettan” adlanan birinci liqadan isə 7 klubun - “Biel”, “Bellinzona”, “Çyasso”, “Etoile”, “Kriens”, “Luqano” və “Vintertur”un 2012-2013 mövsümü üçün lisenziyası əlindən alınıb.
Buna səbəb onlar onların maliyyə vəziyyətlərinin yaxşı olmaması və uşaq futboluna lazımınca diqqət ayırmamaları göstərilib. Klublara apellyasiya şikayəti vermək üçün 5 gün vaxt ayrılıb. Apellyasiya şikayəti təmin olunmasa, klubları avrokuboklara buraxılmayacaq.
