25 aprel 2012 14:39
Yarımfinal oyunlarına hakim təyinatları açıqlandı
Futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb. Azerisport.az həmin təyinatlarla sizi də tanış edir.
"Neftçi" - "İnter" oyunu Fariz Yusifova həvalə olunub. "Qarabağ" - "Bakı" görüşündə isə ədaləti Elçin Məmmədov qorumağa çalışacaq.
Azərbaycan kuboku
Yarımfinal
25 aprel (çərşənbə)
Neftçi - İnter
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Namiq Hüseynov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məlik Həsənov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 17:20
Qarabağ - Bakı
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Nahid Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. Saat 16:00
