25 aprel 2012 14:53
30-cu turun proqramı açıqlandı
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatında 30-cu turun oyunları 27-28 aprel tarixlərində keçiriləcək. Azerisport.az xəbər verir ki, oyunların başlama vaxtı və keçiriləcəyi stadionlar aşağıdakı kimidi:
Əvəzedicilərin çempionatı
30-cu tur
27 aprel (cümə)
"Bakı" - "Kəpəz"
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 16:00
"Rəvan" - "Xəzər Lənkəran"
"Şəfa" stadionu. 4-cü meydança. Saat 16:00
"Sumqayıt" - "Turan"
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 15:00
28 aprel (şənbə)
"Qəbələ" - "İnter"
Qəbələ şəhər stadionu, ehtiyat meydança. Saat 16:00
"Neftçi" - AZAL
Dalğa Arena stadionu. Saat 19:30
"Simurq" - "Qarabağ"
Zaqatala şəhər stadionu. Saat 16:00
