25 aprel 2012 15:52
Futbol veteranlarımız yığmanın üzvləri ilə görüş keçirdi (FOTOLAR)
Bu gün AFFA-nın Futbol akademiyasında İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu Ələkbər Məmmədov və ümumittifaq dərəcəli hakim, futbol veteranı Rüstəm Rəhimov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. Azerisport.az xəbər verir ki, futbol veteranları aprelin 28-dən mayın 3-dək Qazaxıstanın Almatı şəhərində keçiriləcək “Prezident kuboku” turnirində iştirak edəcək yığmamızın üzvlərinə uğurlar arzulayıb, tövsiyələrini veriblər. Ə.Məmmədov və R.Rəhimov yeniyetmə futbolçuların suallarını cavablandırıblar. (AFFA)
