25 aprel 2012 19:48
Novruz Əzimov: Bu da oyunun taleyini həll etdi
“Bakı”nın məşqçisi Novruz Əzimov futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində bu gün “Qarabağ”a qarşı keçirdikləri görüşlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının qələbə qazandığı görüşlə bağlı bunları dilə gətirib.
“Əvvəlcədən “Qarabağ”la oyunun çətin olacağını bilirdik. Rəqibimiz çox güclü komandadı. Hesabı açan tərəf biz olduq. Bu da oyunun taleyini həll etdi. “Bakı”nın rəhbərliyini təbrik edirəm”.
