25 aprel 2012 19:54
Qurban Qurbanov: Bizim bəxtimiz gətirmədi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində bu gün “Bakı”ya qarşı keçirdikləri görüşlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının uğursuzluqla üzləşdiyi oyundan sonra bunları dilə gətirib:
“Gərgin oyunun şahidi olduq. Bir səhv bizim məğlubiyyətimizə səbəb oldu. Oyun haqqında danışılası bir məsələ yoxdu. Əsas üzüldüyüm azarkeşləri sevindirə bilməməyimiz oldu. Onlar oyun boyu bizi dəstəklədilər. Oyunsonrası penaltilər lotereyadı. Bizim bəxtimiz gətirmədi. Rəqibimizi qələbə münasibətilə təbrik edirəm”.
