25 aprel 2012 20:07
Böyükağa Hacıyev: Qızıl dubl etmək istəyirik
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində bu gün “İnter”ə qarşı keçirdikləri görüşlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 1:0 hesablı qələbəyə sevindiyi oyundan sonra bunları dilə gətirib.
“Müəyyən səbəblərdən əsas heyətin 4-5 futbolçusu bu gün oynamırdı. Hakimliyə görə Fariz Yusifova minnətdarlığımı bildirirəm. Oyunun nəticəsindən razı qaldım. Mən bir daha rəqibimiz “İnter”in güclü komanda olduğunu bildirirəm. Taktiki gedişləri yaxşı olan bir klubdu. Rəqibimiz inamlı mübarizə apardı. Bu mövsüm “qızıl dubl” etmək istəyirik. Bu yolda komandama uğurlar arzulayıram”.
