26 aprel 2012 00:12
Neftçinin kapitanı sıraya döndü
“Neftçi”nin kapitanı Rail Məlikov sıraya dönüb. Azerisport.az xəbər verir ki, xeyli müddətdi zədədən əziyyət çəkən təcrübəli futbolçu artıq çətin günlərini arxada qoyub.
Artıq komanda ilə birgə məşqlərə başlayan müdafiəçi ötən gün keçirilən “İnter”lə ölkə kubokunun cavab yarımfinal görüşünün iştirak ərizəsinə də daxil edilmişdi. Lakin görünür baş məşqçi Böyükağa Hacıyev risk etməmək üçün Məlikovu sona kimi ehtiyatda saxladı. Hər halda qarşıdakı oyunlarda Rail də komandasına kömək edə biləcək.
